Bakı.Trend:
Latviya və Litva Rusiya taxılının öz limanları vasitəsilə tranzitinin dayandırılmasını nəzərdən keçirir.
Bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından sonra Rusiya taxıl ixracını Baltikyanı ölkələrin limanlarına yönləndirməyə başlayıb. Oktyabr ayında tədarük həcmi kəskin arta bilər.
Latviya hökuməti bu cür marşrutların tamamilə qadağan edilməsini müzakirə etmək niyyətindədir. Litva hakimiyyəti isə hələlik konkret məhdudiyyətləri açıqlamır. Ölkənin Baş naziri Sinkyaviçyus bildirib ki, Litva infrastrukturundan istifadə etməklə Rusiya taxılının ixracı ölkənin dəyərlərinə ziddir.