Bakı. Trend:
Dünya bazarında gübrə qıtlığının yaranması ABŞ-də ərzaq böhranına səbəb ola bilər.
“Wall Street Journal”ın məlumatına görə, qlobal gübrə bazarında Çin, Rusiya və İran əsas təchizatçı və təsir gücünə malik ölkələrdir.
Nəşrin məlumatına əsasən, Ukraynada davam edən münaqişə, Çinin gübrə ixracını məhdudlaşdırması və Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlər bazarda qiymətlərin qeyri-sabitliyini artırır.