Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar olaraq Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.
Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a artırılacaq.
"Bu dəyişiklik müvəqqətidir. Təmir işləri bitdikdən sonra Xırdalan-Sumqayıt xətti üzrə də sərnişindaşıma bərpa ediləcək.
Avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.
Sərnişinlərdən səfərlərini planlaşdırarkən yenilənmiş hərəkət cədvəli ilə əvvəlcədən tanış olmaları xahiş olunur", - deyə məlumatda bildirilib.
Yeni cədvəllər: https://sml.az/25-avqust-qrafik