Bakı.Trend:
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM)-in Bakıda keçirilən zirvə toplantısı çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ali diplomatlar Moskva və Ankara arasında ticarət-iqtisadi və energetika sahələrində əməkdaşlığı müzakirə edib.
“Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə, ticarət-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi üzrə cari vəzifələrə dair fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunub.
Bundan əlavə, nazirlər beynəlxalq arenada Rusiya və Türkiyənin səylərinin əlaqələndirilməsinin, o cümlədən Ukraynadakı münaqişənin ədalətli həllinə nail olunmasına yardım göstərilməsinin vacibliyini təsdiqləyiblər.