Bakı. Trend:
İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:
"Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub".
Qeyd edilib ki, uyğunsuzluq aşkarlanan məhsullardan 3-ü Çindən, “Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC-nin idxal etdiyi əriştə məhsulu isə Rusiyadan gətirilərkən yoxlamalara cəlb edilib.
"Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, məhsul partiyalarının ölkə ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb", - deyə məlumatda bildirilib.
Məhsullarda aşkarlanmış uyğunsuzluqlar aşağıdakılardır:
№
İdxalçı şirkət
İstehsalçı şirkət
Məhsulun adı
Aşkarlanmış uyğunsuzluq
Məhsulun istehsal və son istifadə tarixi
1
“Herba Flora” MMC
Zhejiang Chunli Tea Co., LTD
yaşıl çay
Pestisid qalığı (Dinotefuran)
01.09.2025
-
01.09.2028
2
Feng Jiang
Chen Keming Food Co., LTD
əriştə
Kif və maya göbələkləri
17.12.2025
-
17.12.2027
3
“Premium Food Baku” MMC
Yantai Yuji Foodstuff Co., LTD
panko çörək qırıntıları
Kif və maya göbələkləri
06.01.2026
-
05.01.2028
4
“Şam-Fi İnterneşnl Tredinq Kompani” MMC
Tianjn Xingda Heping Food Co., LTD
əriştə
Kif və maya göbələkləri
09.11.2025
-
09.11.2027


