Bakı. Trend:
Ukrayna hakimiyyətinin məlumatına görə, çərşənbədən cümə axşamına keçən gecə həyata keçirilən bombardmanlar nəticəsində Kiyevdə azı beş, Kiyev vilayətində isə daha bir nəfər həlak olub.
Ukrayna paytaxtının hərbi administrasiyası Telegram-da bildirib: "Düşmənin hücumu nəticəsində beş nəfər həlak olub, daha 23 nəfər yaralanıb".
Kiyev vilayətinin Brovarı rayonunda da bir nəfərin öldüyünü regional administrasiyanın rəhbəri Timur Tkaçenko Telegram-da açıqlayıb.
Şəhər hərbi administrasiyasının məlumatına görə, saat 03:20-də Darnitski, Svyatoşinski və Solomyanski rayonlarında 12-dən çox ünvanda hücumun nəticələri qeydə alınıb.
Bombardman nəticəsində yaşayış binaları, bir tibb müəssisəsi və bir təhsil müəssisəsi zərər görüb. Həmçinin geniş ərazini əhatə edən anbarlarda yanğınlar baş verib.