Bakı. Trend:
Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala bir həftə ərzində ikinci dəfə matç zamanı huşunu itirib.
Avqustun 18-də “Bavariya” yoldaşlıq görüşündə “Haydenhaym”ı 4:2 hesabı ilə məğlub edib. Musiala yerə yıxılıb, lakin ayağa qalxaraq həkimlərin köməyi ilə meydanı tərk edə bilib. Avqustun 15-də yarımmüdafiəçi “Leypsiq”lə yoldaşlıq görüşündə (3:1) istiyə görə huşunu itirmişdi.
Musialanın 23 yaşı var və o, 2020-ci ildən “Bavariya”da çıxış edir. Komandanın heyətində o, altıqat Almaniya çempionu, ölkə kubokunun, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.