Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
“Zirə” öz meydanında çempionatın debütantı “Şəfa”nı qəbul edib. Görüş ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Zirə”nin heyətində qolları Eren Aydın və İssa Cibrila vurublar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qəbələ"ni, 1:0, "Sabah" "Kəpəz"i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0. Tura avqustun 17-də keçiriləcək "Qarabağ" - "Şamaxı" matçı ilə yekun vurulacaq.