Bakı. Trend:
Xəzər dənizi strateji su hövzəsi olaraq 5 sahilyanı ölkənin müxtəlif sahələrdə əlaqələrinin formalaşmasında təyinedici rola sahibdir.
Bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
“Xəzər dənizi çeşidli canlıları, gəmiçilik üçün geosiyasi xüsusi mövqeyə sahib olduğuna görə və Türkmənistan, Qazaxıstan və Azərbaycan kimi Xəzər dənizindən başqa beynəlxalq sulara çıxışı olmayan ölkələr üçün böyük əhəmiyyət kəsb edir”, -deyə o bildirib.
Pakayin bildirib ki, Xəzər dənizinin geosiyasi əhəmiyyəti nəqliyyat və yükdaşıma üçün önəmlidir. Həmçinin bu dənizdə çeşidi və çoxlu su canlılarının mövcud olması bu dənizin ətraf mühitinin qorunmasına xüsusi diqqətin ayrılması ilə nəticələnib. Xəzər Dənizi Gününün adlandırılması da onun ekosisteminin qorunmasına səy göstərmək üçün müxtəlif ölkələrin diqqətini özünə cəlb edir.
Sabiq səfir əlavə edib ki, 12 avqust 2018-də Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya 5 sahilyanı ölkənin prezidenti tərəfindən imzalanıb. Bu konvensiya dənizdə əməkdaşlığın qanuniləşdirilməsi məqsədilə 20 il sıx diplomatiya, 52 ekspert iclası, 10 xarici işlər nazirlərinin iclası, eləcə də 5 sahilyanı (İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan) dövlət başçılarının sammiti nəticəsində imzalanıb. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın önəmli nailiyyətlərindən biri sahildən kənar ölkələrin bu dənizdə hərbi iştirak etməmələrinin açıq-aşkar qeyd olunmasıdır. Həmçinin tərəflər öz ərazilərini hərbi məqsədlər üçün başqa dövlətlərin sərəncamına verməmək öhdəliyi götürürlər. Bu isə Xəzər dənizinin ən təhlükəsiz və ən stabil dəniz olaraq önəmli rolunu artırır. Bu konvensiya sahilyanı ölkələr arasında müxtəlif siyasi, hərbi, balıqçılıq, ətraf mühit, gəmiçilik, elm və tədqiqat sahələrində konstruktiv əməkdaşlıq üçün uyğun şərait yaradır.
Pakayin qeyd edib ki, bu sənəd “daxili sular”, “ərazi suları”, “balıqçılıq üçün qapalı ərazi”, “birgə dəniz hövzəsi”, “su canlıları ehtiyatları”, “çirklilik” kimi texniki və hüquqi məsələlər haqda dəqiq çərçivə təqdim etməklə beş sahilyanı ölkə arasında qaydaların effektiv icrası üçün birgə hüquqi əsaslar yaradır. 1940-ci il 4 aprel ticarət müqavilə əsasən, tərəflər sadəcə dənizin 10 milliyinə qədər öz sahillərində balıq ovu edə bilərdi. Halbuki yeni konvensiyada balıq ovu dənizin 25 milliyinə qədər artıb. Bunu Xəzər dənizinin ehtiyatlarından istifadə etmək istiqamətində yeni imkan hesab etmək olar.
“Bu konvensiyanın önəmli prinsiplərindən beynəlxalq terrorizmlə və onun maliyyə təminatı ilə, silah, narkotik maddələr, psixotrop maddələrin qaçaqçılığı ilə mübarizə, eləcə də miqrant qaçaqçılığının qarşısını alınması üzrə əməkdaşlığı qeyd etmək olar.
Nəqliyyat sahəsində ikitərəfli və çoxtərəfli çərçivədə sahilyanı ölkələrin quru və dəniz marşrutları vasitəsi ilə Xəzər dənizi ilə beynəlxalq sular arasında tranzit konvensiyasını sadələşdirir və sahilyanı ölkələrin gəmiləri üçün sərbəst hərəkətə zəmanət verir.
Xəzər dənizi ölkələri arasında ticarət əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Son illərdə sahilyanı ölkələrin iş adamları və özəl sektorları arasında idxal və ixrac sahəsində müsbət əlaqələr formalaşıb. Hər il adətən bu ölkələrdə bir neçə forum təşkil olunur. Dövlətlərin özəl sektora təşviqi, həmçinin bir sıra maneələrin aradan qaldırılması ilə fəaliyyət üçün əlavə motivasiyanın yaradılmasına səy göstərilir”, -deyə o bildirib.
Pakayin qeyd edib ki, Təxminən 2 il öncə İranın “Caspian” limanını Rəşt dəmir yolu xəttinə birləşdirən dəmiryolu xətti istifadəyə verilib. Bu dəmiryolu xətti İran ərazisində Bəndər Abbas limanına birləşir. Elə buna görə, Xəzəryanı ölkələr öz yüklərini “Caspian” limana gətirir, bu limandan dəmiryolu xətti ilə Bəndər Abbasa, ya İranın başqa yerlərinə, eləcə də Türkiyə vasitəsi ilə Avropaya ixrac edirlər. Pakayinin sözlərinə görə, bu marşrutlar İrana idxal üçün də istifadə olunur. Eyni zamanda İranın Əmirabad limanı vasitəsi ilə də yüklər yük maşınları vasitəsi ilə müxtəlif bölgələrə daşınır. Bütün bu işlər öz-özlüyündə Xəzər dənizində ticarətin inkişaf etməsinə səbəb olur və ümumilikdə sahilyanı ölkələrin bu su hövzəsindən daha geniş formada əməkdaşlıq etməsinə şərait yaradır. Bu isə 5 sahilyanı ölkələrin gediş-gəlişinə, mədəni mübadilələrə, sosial münasibətlərin formalaşmasına, turizm vasitəsi ilə bir-birləri ilə əlaqə qurmalarına töhfə verə bilər.
“Ətraf mühit sahəsində də konvensiyanın maddəsinə əsasən, sahilyanı ölkələr Xəzər dənizinin ekosisteminin qorunması, dəniz, sənaye və sahil fəaliyyətləri nəticəsində istənilən çirkliliyin qarşısının alınmasına dəstək göstərir.
Hazırda 6 sənədinin ilkin mətni, hərbi fəaliyyətlər sahəsində etimadın yaradılması, qeyri-qanuni balıqçılıqla mübarizə, narkotik maddələrin qaçaqçılığı ilə mübarizə, dənizçiliyin təhlükəsizliyi və elmi tədqiqatlar haqda danışıqlar aparılır.
İran qonşu ölkələrlə münasibətləri prioritet olaraq izləyir və Rusiya, Qazaxıstan Azərbaycan və Türkmənistanla yaxşı münasibətləri var. Xəzər dənizi isə bu münasibətlərin möhkəmlənməsin üçün vacib sütunlardan biridir”, - deyə o qeyd edib.