Bakı. Trend:
Macarıstanda M3 avtomagistralında Polşa qeydiyyat nişanlı turist avtobusunun aşması nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər yaralanıb.
Qəza şənbədən bazara keçən gecə saat 01:00 radələrində hələlik məlum olmayan səbəbdən M3 magistralında Mezökeresteş və Mezönahdgimihey yaşayış məntəqələri arasında baş verib.
Avtobusda 57 sərnişin və iki sürücü olub.
Fövqəladə Hallar Xidməti gecə saat 03:00-ə qədər yanğınsöndürənlərin avtobusdan 35 nəfəri xilas etdiyini açıqlayıb. Lakin bir neçə sərnişin aşmış avtobusun altında qalıb.
24 ton ağırlığında olan avtobusun qaldırılması üçün hadisə yerinə kranlar göndərilib. Kranlar gələnədək xilasedicilər avtobusun arxasını troslarla qaldıraraq altında qalan insanları çıxarmağa çalışıblar.
Qəza yerində araşdırma və xilasetmə işləri aparıldığı üçün M3 magistralının həmin hissəsi bağlanıb.
xxx
10:28
Macarıstanda Polşaya məxsus avtobusun qəzaya düşməsi nəticəsində 12 nəfər həlak olub, azı 10 nəfər isə yaralanıb.
Bu barədə bazar günü Macarıstanın Baş naziri Peter Macar bildirib.
Əlavə məlumat veriləcək.