Bakı. Trend:
Avqustun 9-da Zaqatala rayonunun Muxax kəndinin girişində baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat daxil olub.
Bildirilib ki, avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Həsənov Laçın Qüdrət oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Əliyev İbadulla Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq aparılır.