Bakı. Trend:
İranın idman və gənclər naziri Əhməd Dünyamalı bu gün Azərbaycana səfər edib.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində iranlı rəsminin Azərbaycan tərəfi ilə danışıqlar aparacağı gözlənilir.
Səfərin əsas məqsədi iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir.
İranlı nazirin Azərbaycanın idman obyektləri ilə yaxından tanış olacağı nəzərdə tutulur.