Bakı. Trend:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun vəzifəsindən uzaqlaşdırılmasına səs verəcək.
Bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Məlumata görə, İnfantino könüllü şəkildə istefa verməkdən imtina edərsə, UEFA-ya üzv olan bütün 55 ölkə ona etimadsızlıq votumu elan edilməsinin lehinə səs verməyə üstünlük verəcək.
Daha əvvəl İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması layihəsindən imtina etmək qərarına gəlib.