Bakı.Trend:
Yəməndən olan Husilər Qırmızı dənizdə Səuddiyə Ərəbistanına məxsus olan səkkiz tankeri hərəkət istiqamətini dəyişdirməyə məcbur ediblər.
“Aljazeera” telekanalının məlumatına görə, belə bir bəyanatla Ənsar Allah hərəkatının sözçüsü Yəhya Sari çıxış edib.
O, söhbətin neft tankerlərindən getdiyini desə də, bu tədbirlərin hansı vaxt kəsiyində baş verdiyini aydınlaşdırmayıb.
Sarinin sözlərinə görə, Husilərin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdiyi dəniz blokadası davam edir.
Qeyd edək ki, Husilər iyulun 20-dən etibarən Səudiyyə Ərəbistanından üzən bütün gəmilərə dəniz blokadası tətbiq edib. Bir neçə gün əvvəl isə hərəkatın Bab-Əl-Məndəb boğazından üzən ticarət gəmilərindən keçid haqqının alınmasını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.