Bakı. Trend:
Nazirlər Kabineti “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsi yeni ixtisaslarla genişləndirilib.
Dəyişikliyə əsasən, aşağıdakı yeni doktorantura ixtisasları əlavə edilib:
Ədalət mühakiməsi hüququ; Hava hüququ və hava məkanının təhlükəsizliyi; Mədəniyyət hüququ.Qərar 30 iyul 2026-cı il tarixində imzalanıb və doktorantura səviyyəsində hüquq elmləri üzrə ixtisasların siyahısının genişləndirilməsini nəzərdə tutur.