Bakı. Trend:
İsrail xüsusiyyətlərinə görə ABŞ-nin F-35 qırıcısından geri qalmayacaq döyüş pilotsuz uçuş aparatının yaradılmasını planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, İsrail ABŞ-ın hərbi yardımından asılılığı tədricən azaltmağı və bunu silahların birgə hazırlanması və istehsalı proqramları ilə əvəz etməyi planlaşdırır. Bu plan çərçivəsində F-35 qırıcısı ilə müqayisə oluna biləcək döyüş pilotsuz uçuş aparatının hazırlanması nəzərdə tutulur.
Agentliyin mənbəsi bildirib ki, layihənin hazırlanmasında digər ölkələr də iştirak edə bilərlər.