Bakı. Trend:
Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 5069 nəfərə çatıb.
Bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez açıqlayıb.
Onun məlumatına görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər evsiz qalıb. 190 bina tamamilə dağılıb, 856 binaya ciddi ziyan dəyib.
Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 36 min 951 nəfər tibb müəssisələrində müalicə olunub. Bundan başqa, 128 min 324 ailəyə yardım göstərilib, 21 min 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib.