Bakı.Trend:
2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın neft koksunun ixracından əldə etdiyi gəlirlər artıb.
Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan 46,405 milyon ABŞ dolları dəyərində 116,551 min ton neft koksu ixrac edilib.
Bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,247 milyon ABŞ dolları və ya 1,5 dəfə, həcm baxımından isə 17,685 min ton və ya 1,2 dəfə çoxdur.
Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracının 0,28 faizini təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar–iyun aylarında Azərbaycandan dünyanın müxtəlif ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində 10,125 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.
Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, fiziki həcmdə isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,661 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261 milyon ABŞ dolları və ya 1,1 faiz çoxdur.
Bildirilir ki, ümumi xarici ticarət dövriyyəsinin 16,32 milyard ABŞ dolları ixracın, 8,341 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Qurumun məlumatına görə, cari ilin yanvar-iyun aylarında ixracın həcmi 3,442 milyard ABŞ dolları (26,7 faiz) artdığı halda, idxalın həcmi 3,181 milyard ABŞ dolları (27,6 faiz) azalıb.
Vurğulanır ki, nəticədə xarici ticarətdə 7,979 milyard ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə və ya 6,623 milyard ABŞ dolları çoxdur.