Bakı.Trend:
Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir.
Bu barədə “The Times of India” qəzeti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqın olan iki gəmi iyunun sonunda Myanmanın Rakxayn ştatından yola düşüb. Gəmilər iyulun əvvəlində Banqladeşə gedərkən hələlik dəqiqləşdirilməmiş şəraitdə, ehtimal ki, əlverişsiz hava şəraitinin yaratdığı toqquşma nəticəsində batıb. Qəza yerində axtarış-xilasetmə əməliyyatları aparılmayıb.
UNHCR-in məlumatına görə, 2025-ci ildə 6,5 mindən çox rohinca dəniz yolu ilə Myanmadan Banqladeşə keçməyə cəhd edib. Onlardan təxminən 900 nəfər həlak olub və ya itkin düşüb.