Bakı.Trend:
Fransa parlamenti ölümə yardım hüququ ilə bağlı qanun layihəsini qəbul edib. Bu sənəd faktiki olaraq ağır xəstələrin öz seçimləri ilə intiharına faktiki olaraq vasitəçiliyə icazə verəcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib və qeyd edib ki, sənəd qəbul edildikdən sonra baxılması üçün Konstitusiya Şurasına göndəriləcək.
Fransa Milli Assambleyasının rəsmi saytında qeyd olunduğu kimi, ölümə vasitəçilik hüququna dair qanun layihəsi 2026-cı il iyulun 15-də Fransa Konstitusiyasının 45-ci maddəsinin 4-cü bəndinin müddəalarına uyğun olaraq Milli Assambleya tərəfindən qəbul edilib.
Fransa Prezidentinin sözlərinə görə, o, 2022-ci ildə bu yolu fransız xalqı ilə birlikdə keçmək öhdəliyini üzərinə götürmüşdü.
"2022-ci ildə bu yolu fransızlarla birlikdə keçmək öhdəliyini üzərimə götürdüm. Böyük məsuliyyət, təvazökarlıq və demokratiyamıza tam hörmətlə bu vəd yerinə yetirildi", – deyə Makron vurğulayıb.
Fransa Prezidenti bildirib ki, sənədə Konstitusiya Şurasında baxılması hüquqi dövlət prinsiplərinə uyğun şəkildə həyata keçiriləcək.