Bakı.Trend:
Böyük Britaniya hökuməti Rusiyanın mümkün geniş-miqyaslı kiberhücumu halında ailələrə ərzaq və su ehtiyatı toplamağı tövsiyə edən ictimai məlumatlandırma kampaniyası hazırlayır. Bu, ölkənin mümkün münaqişəyə hazırlıq tədbirlərinin bir hissəsidir.
Bu barədə “The Telegraph”da məqalə dərc olunub.
Bildirilib ki, bu ilin sonunadək nazirlər əhali üçün fövqəladə hallara hazırlıqla bağlı informasiya kampaniyasına başlayacaqlar. Vətəndaşlara ərzaq, dərman və həyatda qalmaq üçün zəruri vasitələrdən ehtiyat toplamaq tövsiyə olunacaq.
Baş nazirin baş katibi Darren Cons hökumətin fövqəladə hallarda görülməli sadə, lakin vacib addımlar barədə insanları məlumatlandırmaq məqsədilə "milli dayanıqlılıq üzrə maarifləndirmə kampaniyası"na start verdiyini bildirib.