Bakı. Trend:
Almaniyada siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qanunsuzdur, - deyə Almaniya kansleri bildirib.
Almaniya kansleri Fridrix Merts ABŞ-ı Almaniyadakı seçkilərə müdaxilə etməməyə və ölkədə müəyyən siyasi qüvvələri dəstəkləməməyə çağırıb.
"Biz həmişə ABŞ-da keçirilən seçkilərə müdaxilə etmədiyimizi demişik və bu prinsipə daim əməl etmişik. Eyni şəkildə istəməzdim ki, ABŞ hökuməti və ya ona yaxın qurumlar Almaniyadakı seçkilərə müdaxilə etsin", - deyə Merts Berlində keçirilən mətbuat konfransında bildirib.
"Almaniyada siyasi partiyaların xaricdən maliyyələşdirilməsi qanunsuzdur. Hesab edirəm ki, ilk növbədə dostlarımız bu hüquqi qaydalara əməl edəcəklər", - deyə o əlavə edib.
Sentyabr ayında Almaniyada Berlin, Meklenburq–Qərbi Pomeraniya və Saksoniya-Anhalt federal torpaqlarında yerli seçkilər keçiriləcək.