Bakı.Trend:
Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, ölkəsi artıq Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsini müdafiə edən dövlətlərin birliyi olan “Könüllülər Koalisiyası”nda iştirak etməyəcək.
Radevin sözlərinə görə, Sofiya Kiyevə hərbi yardımın daha da artırılması kursunu dəstəkləmir və hesab edir ki, münaqişə məhz diplomatik yolla nizamlanmalıdır.
“Biz Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsində israr edən koalisiyada iştirak etmirik. Bu münaqişənin həlli yolu onun hərbi vasitələrlə uzadılmasında deyil, eskalasiyaya son qoyacaq güclü diplomatik missiyanın həyata keçirilməsindədir", – deyə Bolqarıstan Prezidenti jurnalistlərə bildirib.
"Reuters" agentliyinin məlumatına görə, "Könüllülər Koalisiyası"nın əvvəlki görüşlərində iştirak edən Bolqarıstan birliyin Parisdə keçirilən son iclasında təmsil olunmayıb.