Bakı. Trend:
Bu gün yerli vaxtla 13:45 radələrində ABŞ-nin hərbi hava hücumları nəticəsində İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan rayonunda 2 nəfər ölüb.
Bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati deyib.
Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində 3 nəfər də yaralanıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.