Bakı. Trend:
Rockstar şirkəti GTA VI oyununun treylerini yayımlayıb.
Xarici media yazır ki, son illərin ən çox gözlənilən video oyunlarından biri 25 iyun tarixindən etibarən rəqəmsal mağazalarda və seçilmiş pərakəndə satış yerlərində satışa çıxarılacaq.
Grand Theft Auto VI oyununun PlayStation 5 və Xbox Series X/S üçün 19 noyabr 2026-cı ildə satışa çıxarılması planlaşdırılır. Ön sifarişlər xəbəri, oyunun mütləq vaxtında satışa çıxarılacağının təsdiqidir.
"Grand Theft Auto VI" on ildən artıq müddətdə seriyanın ilk yeni hissəsi olacaq. Analitiklər oyunun satışa çıxarılmasının oyun sənayesi tarixində ən böyük hadisələrdən biri kimi təqdim edir və ilk bir neçə gündə milyardlarla dollar gəlir əldə ediləcəyini gözləyirlər.