Bakı. Trend:
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya xidmətindən verilən məlumata görə, iyunun 11-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Belə ki, dumana görə yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşa bilər.