Bakı.Trend:
Kanada Avropa İttifaqının (Aİ) yeni üzvünə çevrilə bilər.
Trend xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-nin CNBC telekanalına müsahibəsində bildirib.
“Kanadanın ABŞ-nin 51-ci ştatı deyil, Avropa İttifaqının 28-ci üzv dövləti olması gözəl olmazdımı?” – deyə o sual edib.
Finlandiya liderinin fikrincə, Avropa İttifaqı daha geniş düşünməli və beynəlxalq arenada öz mövqeyini daha qabarıq şəkildə nümayiş etdirməlidir. Məhz buna görə də Aİ-nin üzvlərinin sayının 40-a çatdırılması məqsədilə yeni genişlənmə dalğaları barədə düşünmək lazımdır.
Aleksandr Stubb Aİ-yə potensial üzv namizədlər sırasında Kanadadan əlavə Türkiyə, Norveç, İslandiya, Qərbi Balkan ölkələrini, eləcə də Ukrayna, Moldova və Gürcüstanı qeyd edib.
Bundan əlavə, o, 2020-ci ildə birlikdən ayrılmış Birləşmiş Krallığın da gələcəkdə Avropa İttifaqına qayıda biləcəyini istisna etməyib.