Bakı. Trend:
Azərbaycan və ABŞ arasında strateji enerji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə yeni mərhələyə yüksələn Azərbaycan-ABŞ strateji enerji tərəfdaşlığının prioritet istiqamətlərini nəzərdən keçirdik. Regional enerji təhlükəsizliyi, neft-qaz sektorunun, enerji bağlantılarının inkişafı və Xəzər regionunda yeni əməkdaşlıq imkanları üzrə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.