Bakı. Trend:
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundu noyabrın ikinci ongünlüyündə Əbu-Dabidə keçirilə bilər.
Rusiya mediasının məlumatına görə, bunu ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başa çatmaq üzrədir.