Bakı.Trend:
İspaniyanın hökuməti krallığın Hörmüz boğazında münaqişənin eskalasiyasına səbəb ola biləcək hər hansı hərbi əməliyyatda iştirakını istisna edir.
Trend xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Britaniyanın "Financial Times" (FT) qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Madrid “eskalasiyaya gətirib çıxara biləcək heç bir fəaliyyətdə iştirak etməyəcək”. Albares ABŞ və İran arasında nəzərdə tutulan razılaşmanın baş tutmaması halında İspaniya Silahlı Qüvvələrinin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi missiyasında iştirak imkanları ilə bağlı suala cavab verərkən bu fikirləri səsləndirib.
“Biz hesab edirik ki, bu böhranın hərbi həlli yoxdur”, – deyə nazir əlavə edib.
Nəşrin həmsöhbəti qeyd edib ki, hazırda beynəlxalq hüquqa, dövlət suverenliyinə və BMT Nizamnaməsinə əsaslanan tərəflərlə “cəngəllik qanunu”nu seçənlər arasında qlobal nizamda fundamental parçalanma baş verir. Onun sözlərinə görə, sonuncular xarici siyasətin əvəzinə “xaosu, zorakılığı və müharibəni” üstün tuturlar.