Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Yunanıstana 109,848 milyon ABŞ dolları dəyərində 253,475 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 5,682 milyon ABŞ dolları və ya 4,9%, həcminə görə isə 47 milyon kubmetr və ya 22,8% azalıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.