Bu gün MEDİATÜRK TV-nin 5 yaşı tamam olur.
Türk dünyasının mediakörpüsü olmağı qarşısına məqsəd qoyan MEDIATÜRK onlayn televiziyası 13 aprel 2021-ci ildən yayıma başlayıb. Türklərin yaşadığı geniş məkana xitab edən MEDIATüRK TV müstəqil türk dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla yanaşı türk xalqlarının sıx məskunlaşdığı bütün coğrafiyada olmağı hədəfləyib.
İctimai-siyasi, sosial-iqtisadi, mədəni sferalarda verilişlər yayımlamaqla MEDİATÜRK TV türkdilli xalqların əlaqələrinin gücləndirilməsi üçün platforma rolunu oynayan MEDİATÜRK TV Türk dünyasının diasporu, parlamenti, siyasəti, mədəniyyəti, tarixi ilə bağlı xəbərlər verir. Gündəlik dünyada və Azərbaycanda baş verən bütün mühüm hadisələri xəbər və müzakirə formatında tamaşaçıların diqqətinə çatdırdır.
Qeyd edək ki, MEDİATÜRK TV 400 mindən çox abunəçi sayı ilə Azərbaycan yutub məkanında əsas yeri tutan internet kanalıdır.
Biz də Modern.az komandası adından MEDİATÜRK TV-ni 5 yaşı münasibətilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!