Bakı. Trend:
"PAŞA Bank"ın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) üzrə abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb.
Trend xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev bankın 2025-ci ilin illik maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
"PAŞA Bankın 13 apreldə elan etdiyi səhmlərin İlkin Kütləvi Təklifi (Initial Public Offering – IPO) prosesi davam edir. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd səhm hər birinin qiyməti 55 AZN olmaqla Bakı Fond Birjası vasitəsilə yerləşdirilir. Bu günə bankın 13 mindən çox unikal investor sayı mövcuddur. Yüksək investor marağı nəzərə alınaraq abunə yazılışı 12 iyun 2026-cı il tarixədək uzadılıb", - sədr qeyd edib.