Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 164,2 min ton ağ neft istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 16,2% azdır.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır ağ neft ehtiyatı 26,3 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.