Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 62,2 min ton maye qaz istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,7 min ton və ya 13,5% azdır.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır maye qazlar ehtiyatı 2,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.