Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 18,1 min ton mazut istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 37 min ton və ya 3 dəfə azdır.
Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır mazut ehtiyatı 3,5 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 950,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 0,3 faiz artıb.