Bakı. Trend:
Bu gün saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.
Trend Məktəbəqəder və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.
Qeyd edək ki, vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməlidirlər.