ABŞ Prezidenti Donald Tramp Yaponiyanın “Kura Sushi USA” restoranlar şəbəkəsinin səhmlərinə 1-5 milyon dollar həcmində investisiya edib.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, sövdələşmə fevral ayında həyata keçirilib. Məlumat ictimailəşəndən sonra şirkətin səhmləri təxminən 5% bahalaşıb.
İnvestisiya Yaponiyada geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri Trampın bu yatırımı səhvən etdiyini iddia ediblər.
Yayılmış versiyaya görə, Tramp və ya komandası “Kura Sushi”ni süni intellekt bumundan faydalanaraq sürətlə böyüyən, optik lif və avadanlıq istehsal edən Yaponiyanın “Fujikura” korporasiyası ilə səhv salıb.
Qeyd olunur ki, Tramp bundan əvvəl də "Nvidia", "Apple" və "Amazon" kimi texnologiya şirkətlərinə investisiyalar edib.
"Trump Organization" isə açıqlamasında bildirib ki, prezidentin aktivləri üçüncü tərəf strukturları tərəfindən idarə olunur və nə Donald Tramp, nə də ailə üzvləri investisiya qərarlarında iştirak edir.