Bərdə. Trend:
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Piriyev Rəşadət Əli oğlunun qalıqları mayın 22-də ailəsinə təhvil verilib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, şəhidlə Bərdə rayonunun Yeni Daşkənd kəndində vida mərasimi keçirilib.
Şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Piriyev Rəşadət Əli oğlu 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.