Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycannın da iştirakı ilə üzv ölkələrin dayanıqlılığın artırılması məqsədilə innovativ maliyyələşdirməyə çıxışının genişləndirilməsi layihəsini nəzərdən keçirir.
Trend bu barədə banka istinadən məlumat verir.
Azərbaycanla yanaşı, layihə Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan Respublikası, Tacikistan, Türkmənistan, Özbəkistan, Türkiyə, Pakistan və bir sıra digər ölkələri əhatə edir.
Layihənin maliyyələşdirilməsinin 500 min ABŞ dolları həcmində Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçirilməsi planlaşdırılır.
Texniki yardım iqlim və təbii risklərin artması, geosiyasi və iqtisadi qeyri-sabitlik, həmçinin inkişaf etməkdə olan üzv ölkələrin daha çevik və transformativ maliyyə həllərinə artan tələbi ilə xarakterizə olunan sürətlə dəyişən əməliyyat mühitinə reaksiyaya yönəlib. Layihə həmçinin institutun özünün maliyyə dayanıqlılığı məsələlərini də nəzərə almağı hədəfləyir.
Təşəbbüs Asiya Dayanıqlılıq Fondu (Asia Resilience Facility, ARF), eləcədə üzv ölkələrin fiskal, sosial və infrastruktur dayanıqlılığının gücləndirilməsinə yönəlmiş əlaqəli innovativ maliyyə mexanizmlərinin hazırlanmasına və ilkin əməliyyatlaşdırılmasına töhfə verəcək.
Texniki yardımın iştirakçı ölkələrin prioritetlərinə uyğun innovativ maliyyə həllərinin inkişafına dəstək olacağı gözlənilir. Bu yardım ümumilikdə AİB-in iqlim fəaliyyəti, dayanıqlılıq, özəl sektorun inkişafı, regional əməkdaşlıq və ictimai rifah sahələrində strateji prioritetləri ilə uzlaşır.