Bakı. Trend:
Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə bilet satışı başlayıb.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından almaq mümkündür.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.