Bakı.Trend:
Cənubi Qafqaz, Mərkəzi Asiya və İranda baş verən hadisələri işıqlandıran aparıcı xəbər agentliklərindən biri olan Trend Agentliyi ödənişli xəbər lentindən istifadə üçün tarifləri yeniləyib.
Artıq abunəçilər ilk ay ərzində cəmi 1 ABŞ dolları, sonrakı aylarda isə aylıq 10 ABŞ dolları ödəməklə ödənişli xəbər lentinə tam çıxış əldə edə bilərlər. Agentliyin xəbər lentinə regionda baş verən siyasi, iqtisadi və ictimai hadisələr, eləcə də müxtəlif sahələr üzrə iqtisadi göstəricilər barədə operativ xəbərlər və məlumatlar daxildir.
Trend Agentliyi korporativ həllərlə maraqlanan şirkət və təşkilatlar üçün bir sıra ixtisaslaşmış məhsullar təklif edir.
Ətraflı məlumat və abunə seçimləri aşağıdakı keçiddə təqdim olunub:
www.trend.az/pricing