Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasında final matçı keçiriləcək.
Trend xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gələcək.
İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.
UEFA Avropa Liqası
20 may
Final
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa).
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.