Bakı. Trend:
"Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatan Endryu Robertson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Fənərbağça" şotlandiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
İstanbul nəhəngi yayda azad agent statusunda olan Robertson üçün ilkin təmaslara başlayıb. 32 yaşlı sol cinah müdafiəçisi ilə anlaşma əldə olunacağı bildirilir.
Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti"dən 7 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.