Bakı. Trend:
Futbol üzrə Azərbaycan I Liqasında 2025/2026 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
22 may tarixində Binə qəsəbə stadionunda baş tutacaq XXVII turun “Zaqatala” – “Şəfa” oyunu bitdikdən sonra başlayacaq mərasimdə mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Qeyd edək ki, "Şəfa" XXVI turda çempionluğu təmin edib.