Futbol üzrə Azərbaycan milli çempionatının 32-ci turundan sonra ölkəmizi 2026/2027-ci illər mövsümü üzrə Avropa kuboklarında təmsil edəcək komandaların adına aydınlıq gəlib. Beləliklə, 1-4-cü yerləri tutan aşağıdakı klublar Azərbaycanı UEFA-nın Avropa kuboklarında təmsil edəcək: “Sabah” Çempionlar Liqasında; “Qarabağ” Avropa Liqasında; “Turan Tovuz” Konfrans Liqasında; “Neftçi” Konfrans Liqasında. Qeyd edək ki, “Sabah” Çempionlar Liqasına 1-ci mərhələdən, “Qarabağ” Avropa Liqasına 1-ci mərhələdən başlayacaq. “Neftçi” Konfrans Liqasına 1-ci mərhələdən, “Turan Tovuz” isə 2-ci mərhələdən başlayacaq. Avrokubokların püşkatma mərasimləri 16-17 iyun tarixlərində keçiriləcək. Avrokubok oyunları iyul ayında start götürəcək.