Bakı. Trend:
Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında oğlanlar arasında dairəvi stend üzrə solo yarışlarda mübarizə aparan Azərbaycan atıcısı İslam Əjdərov fəxri kürsüyə qalxıb.
Trend-in məlumatına görə, o, U-18 yaşadək idmançıların yarışının yarımfinal mərhələsində Macarıstan idmançısı Nimrod Peli ilə qarşılaşıb.
Rəqibini üstələyən atıcı bürünc medal qazanıb.


