Mayın 14-də Kiyevdə Rusiya ordusunun yaşayış binasına endirdiyi zərbə nəticəsində 24 nəfər həlak olub.
Modern.az Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, son məlumatlara görö, ölənlər arasında üç uşaq da var.
Xatırladaq ki, Rusiya mayın 14-ü gecəsi Kiyevə raket və dron hücumu edib. Çoxmərtəbəli binanın bir hissəsi uçub və on səkkiz mənzil dağılıb. Kiyevdə baş verən hücumda ikisi uşaq da daxil olmaqla, ümumilikdə 47 nəfər yaralanıb.