Bakı. Trend:
Müasir İran pilotsuz uçuş aparatları (PUA) Yaxın Şərqdə ABŞ silahlı qüvvələri üçün əsas təhlükə olaraq qalmağa davam edir.
Trend-in məılumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper deyib.
Admiral Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib: “Biz yüksək texnologiyalı pilotsuz aparatların yaratdığı artan təhlükə ilə üzləşirik”.
“Onlar reaktiv mühərriklərlə təchiz olunub. Onlarda yüksək texnologiyalı sensorlar var. Onlarda radioelektron mübarizə vasitələri mövcuddur. Onlarda radioelektron kəşfiyyat vasitələri var”, — deyə CENTCOM rəhbəri izah edib.