İranın xarici işlər naziri Abbas Araqçı Hörmüz boğazı ilə bağlı yeni açıqlama verib. Modern.az-ın məlumatına görə, Araqçı bildirib ki, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar İranla əməkdaşlıq etməlidirlər.
Araqçı “Press TV”yə müsahibəsində Hörmüz boğazındakı vəziyyətlə bağlı deyib: “Hörmüz boğazı hazırda hər şeydən çox ABŞ-ın təcavüzü və ona tətbiq edilən blokada səbəbindən zərər görür”.
O əlavə edib: “Bizim baxışımıza görə, Hörmüz boğazı bütün ticarət gəmiləri üçün açıqdır, lakin onlar bizim dəniz qüvvələrimizlə əməkdaşlıq etməlidirlər.. Biz heç bir maneə yaratmamışıq; bu, blokada tətbiq edən ABŞ-dır. Ümid edirəm ki, ABŞ tərəfindən tətbiq edilən bu qanunsuz blokadanın aradan qaldırılması ilə bu vəziyyət sona çatacaq”